...

Azərbaycan və Türkiyənin dövlət sərhədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi müzakirə edilib

Siyasət Materials 11 Mart 2009 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan və Türkiyənin dövlət sərhədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi Türkiyə Jandarma Qüvvələrinin komandanı Atilla İşıkla Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevin görüşündə müzakirə edilib.

DSX-nın mətbuat xidmətindən çərşənbə günü Trend -a daxil olan məlumatda bildirilir ki, tərəflər arasında sərhəd mühafizəsi sahəsində ikitərəfli münasibətlərin təkmilləşdirilməsi, təlim-tədris sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı məsələlərə baxılıb.

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində sərhəd təhlükəsizliyi sahəsində Azərbaycan-Türkiyə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Müzakirələr zamanı sərhəd mühafizəsi sahəsində ikitərəfli münasibətlərin inkişaf səviyyəsi nümayəndə heyətlərinin rəhbərləri tərəfindən müsbət qiymətləndirilib.

Türkiyə Jandarma Qüvvələrinin komandanı İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi Quliyevin dəvəti ilə martın 9-dan 12-dək Bakıda rəsmi səfərdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti