...

Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti Novruz bayramından sonra Bakıda keçiriləcək

Siyasət Materials 12 Mart 2009 13:46 (UTC +04:00)

İran Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə şöbə müdiri bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti 1388-ci hicri şəmsi ilinin əvvəllərində (bu il) Bakıda keçiriləcək. Bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.

"Tehranda keçirilən Xəzəryanı ölkələrin sammitində qərara alınıb ki, bu ölkələrin növbəti sammiti Azərbaycanın paytaxtı Bakıda keçirilsin. Sammitin 1388-ci hicri şəmsi ilinin əvvəllərində keçirilməsi ehtimal olunur", - deyə İran XİN-in MDB ölkələri üzrə şöbə müdiri Həsən Səfari jurnalistlərə bildirib.

Səfari əlavə edib ki, İran Xəzər dənizi ilə bağlı həm ikitərəfli və həm bir neçə tərəfli çox müsbət müzakirələr aparıb. Beştərəfli və ikitərəfli müzakirələr davam edir və tərəflər müzakirələrin davam etdirilməsini istəyirlər. 

Onun sözlərinə görə, İran və Azərbaycan beynəlxalq arenada bir-birinin mövqelərini dəstəkləyirlər. Həmçinin Azərbaycan İranın sülhyönlü nüvə proqramını dəstəkləyir.

Hazırda İranda 1387-ci hicri şəmsi ilidir. Mart ayının 21-dən sonra İranda il dəyişəcək və 1388-ci il başlayacaq. İranda yeni il Novruz bayramından başlayır.

Xəbər lenti

Xəbər lenti