...

Azərbaycanda rus dilinə çox böyük əhəmiyyət verilir - Rusiya XİN-in başçısı

Siyasət Materials 12 Mart 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir N.Abdullayeva /

"Azərbaycanın müstəqillik qazandığı ilk gündən bu ölkədə rus dilinə çox böyük əhəmiyyət verilib", - Rusiya XİN-in başçısı Sergey Lavrov cümə axşamı Bakıda Rusiya mədəni-informasiya mərkəzinin açılış mərasimində deyib.

Lavrov ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb. Həmçinin qeyd edilib ki, ölkələr arasında mədəniyyət günlərinin mübadiləsi bundan sonra da davam etdirilməlidir. "Bu il həmçinin ölkələrdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır", - rusiyalı nazir deyib.

"Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər çox yaxşı inkişaf edir, humanitar sahəyə xüsusilə böyük diqqət ayrılır", - açılış mərasimində Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov deyib.

"Gələcək nəslin Füzulinin, Şekspirin və Puşkinin əsərlərini orijinaldan oxuması bizim üçün çox prinsipialdır", - Məmmədyarov deyib. 

Bakıda Rusiya mədəni-informasiya mərkəzinin (RMİM) və Moskvada Azərbaycan mədəni-informasiya mərkəzinin açılışı haqda müqavilə 1997-ci il iyulun 3-də imzalanıb. Ötən il Rusiya hökumətinin Bakıda bu il RMİM-in açılışı haqda sərəncamı çıxıb.

Xəbər lenti

Xəbər lenti