...

ABŞ və Rusiya 18 illik susqunluqdan sonra nəhayət ki, danışmağa başladı - REA ABŞ və Kanada İnstitutunun Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru

Siyasət Materials 13 Mart 2009 09:10 (UTC +04:00)
ABŞ və Rusiya 18 illik susqunluqdan sonra nəhayət ki, danışmağa başladı - REA ABŞ və Kanada İnstitutunun Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru

Anatoli Utkin - Xüsusi olaraq Trend-in Avropa redaksiyası üçün Rusiya Elmlər Akademiyasının (REA) ABŞ və Kanada İnstitutunun Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru

Artıq Obama və Medvedyevin öz aralarında, ABŞ Prezidentinin Çinin lideri ilə görüşəcəyi haqda razılıq var. Yeni amerikalı prezident qarşıdakı dörd ildə öz tərəfdaşları ilə tanış olacaq. Bizi bu görüş çox sevindirir.

Üç həftə əvvəl "Nyu-York Tayms" qəzetində Ağ evin başçısının Rusiya Prezidentinə məktub göndərməsi haqda çıxan məqalə yetərincə gözlənilməz oldu. Medvedyevin ətrafı belə məktubun alındığını təsdiqlədi.

Şübhəsiz, bu məktubun iki tərəfi var. Belədə, Rusiya strateji mübadilədən - məsələn, amerikalılar Polşadakı "qazıntı"lardan imtina edir, ruslar isə Tehrana təzyiqə başlayır - tamamilə imtina etdi. Bizim belə yanaşmadan xoşumuz gəlmir. Ancaq bizim bu məsələnin digər, ikinci tərəfindən xoşumuz gəlir: ABŞ və Rusiyanın 18 illik susqunluğundan sonra biz, nəhayət danışmağa başlamışıq. Etiraf edim ki, bu bizim üçün fərəhdir. Müasirliyin ən böyük dövləti RF ilə unikal, başqa heç kimə dəxli olmayan danışıqlar aparır. Bu məhz yaxınlarda Çin və amerikalıların adına yazdıqları həmin G2-dir. Bizim xoşumuza gəlir ki, biz, yəqin ki, yenidən rus nümayəndələrinin Amerika, amerikalıların isə müvafiq olaraq bizim şübhəli hesab etdikləri istənilən obyektlərə gəlmək imkanı verən rejimdə fəaliyyət göstərəcəyik.

Bizim xoşumuza gəlir ki, Rusiya yeni tip raket istehsal etməyəcək. 2009-cu ildə dörd ən vacib müqavilələrdən biri - Qərbdə "Şeytan" adlandırdıqları raketlərin yarısını məhv etdiyimiz Strateji Hücum Silahlanmanın (SNV-1) məhdudlaşdırılması bitmək üzrədir. Bu dünyanın ən güclü raketidir, səkkiz özütuşlanan döyüş gülləsinə malikdir və yalnız təkcə o, RF-nin bütün ərazisini örtə bilər. Ancaq bu raket maye yanacaqla doldurulur, deməli onu hər gün hazırlamaq lazımdır və bu çox çətin şeydir. O, ötən əsrin 70-80-ci illərində hazırlanıb.

Bir sözlə, seçim qarşısındayıq - irəli doğru addım ataq və ya atmayaq ki, biz bunu hazırda edirik. Belədə, biz üç yeni və dünyanın ən güclü sualtı qayığını - "Knyaz Aleksandr Nevski", "Knyaz Suvorov" və "Knyaz Donskoy"u yaradırıq. Biz quru yanacaqla işləyən mobil raketlər, məsələn "Topol-M" və b. hazırlayırıq.

Başqa bir tərəfdən isə biz ağır böhran, işsizlik şəraitində yenidən öz potensiallarımızı azaltmalı olacağıq. ABŞ-ın sabiq müdafiə naziri MakNamaranın sözləri yadımdadır: bütün hesablamalara görə ABŞ və ya Rusiyanı məhv etmək üçün 200 döyüş başlığı lazımdır. Həmin o 200 döyüş başlığı Rusiyada çoxdan var. Hələ bu harasıdır? Bizim yeddi min döyüş başlığımız var və yenilərini yaratmamaq və köhnə ehtiyatlarımızla uzun müddət yaşamaq üçün biz Obamanın dediyi yolla getmək istəyik: raketlərimizin sayını 1000-ə çatdırmaq. Onsuz da bu, fransızlar, ingilislər, çinlilər və ya başqa kim olursa-olsun, onların hamısından xeyli çox olacaq. Ona görə də siyasi-strateji əhəmiyyətlilik düşüncələri baxmından biz iki ən böyük dünya dövləti liqasına daxil oluruq.

Bu raketlərin ən dəhşətli tərəfi onlardan heç vaxt istifadə edə bilməməkdir, çünki onların tətbiqi dünya üzərində radiaktiv şleyf, bioloji həyatın bitimi və s. deməkdir.

Dialoqun qaydaya salınması istiqamətində ilk görüş Lavrovla Klinton arasında Cenevrədə keçirilib və indi biz ən yüksək səviyyədə keçiriləcək görüşü gözləyirik. Rusiya çox ümid edir ki, Obama Linkoln kimi sağlam və real yolla gedəcək və ABŞ-ın qüdrətliliyi oyununu oynamayacaq. ABŞ hazırda nəinki iqtisadi, həm də hərbi böhrandadır. Onların hətta İraqa əlavə beş batalyon göndərməkdə belə problemləri var.

Biz həm də Azərbaycanın köməyi ilə ümumi nöqtələrin yaradılmasına da ümid edirik. Mən qonşu İrandakı raketlərin müəyyən edilməsinə yardımçı olacaq Qəbələ RLS-i nəzərdə tuturam. Belə fikir hələ də var.

Ümumilikdə demək olar ki, artıq bizim münasibətlər irəliləyib. Amerikalıların səkkiz illik ağılsız özündənrazılığından sonra biz dünyanın irəli getdiyi, münasibətlərimizin yaxşılaşdığını hiss edirik. Ancaq durum yetərincə dəyişib - Qərb xeyli zəifləyib, Çin fövqəldövlətə çevrilib, Rusiya yenidən ayağa qalxıb.

Və biz çox istərdik ki, böyük depressiya zamanı baş verənlər olmasın. Xatırladım ki, ondan sonra Almaniya, İngiltərə, Fransa və ABŞ faktiki olaraq sərhədləri bağladıqları mənasında qanunlar qəbul etmişdi ki, Rusiya adıçəkilən hər bir ölkənin snobizminə qamçı vurmasın. Biz bunu heç istəmirik.

Mən ümumilikdə qlobalizmin tərəfindən çıxış edirəm, məncə həddən artıq sərbəstliyə keçid çox təhlükəlidir. Ona görə də, biz prezidentlərin aprelin 2-dəki görüşünü səbrsizliklə gözləyirik. Onların hər ikisi müəyyən mənada təzədirlər, hər ikisi xaricdən çox ölkələrinin daxilində tanınırlar, amma hər ikisinin ağılsız silahlanma yarışına son qoyacağı halda dünya tarixinə daxil olmaq imkanı var.

Müəllifin mövqeyi Trend redaksiyasının mövqeyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti