...

Belarus parlamentinin deputatları Azərbaycanda referendumun gedişatını izləyəcəklər

Siyasət Materials 16 Mart 2009 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir N.Abdullayeva /

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendumda Belarusdan olan müşahidəçilər Bakı və Sumqayıtda səsvermə prosesini izləyəcəklər.

İki deputat - Belarus Məclisinin MDB ilə beynəlxalq işlər və əlaqələr üzrə daimi komissiyasının sədr müavini, parlamentin Azərbaycan Milli Məclisi ilə əməkdaşlıq üzrə işçi qrupu rəhbərinin müavini Mariya Beryukova və deputat Oleq Kot martın 18-də gecə Bakıya gələcəklər. Bu barədə bazar ertəsi Trend -a Belarsun Azərbaycandakı səfirliyindən məlumat verilib.

Martın 18-də Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək. Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Səfirlikdən verilən məlumata görə, Beryukova və Kot yalnız referendum proseslərinin monitorinqində iştirak etməyəcəklər, onlar həmçinin işgüzar görüşlər keçirəcəklər. Bu görüşlər zamanı Belarus və Azərbaycan parlamentləri arasında əməkdaşlığın formatı müzakirə ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti