...

Azərbaycanda keçirilən referendumu baş tutmuş hesab etmək olar - MSK sədri

Siyasət Materials 18 Mart 2009 13:29 (UTC +04:00)
Azərbaycanda keçirilən referendumu baş tutmuş hesab etmək olar - MSK sədri

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda keçirilən referendumu baş tutmuş hesab etmək olar, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə 10 saylı Binəqədi 3-cü seçki dairəsi üzrə 27 saylı seçki məntəqəsində səsvermədən sonra açıqlamasında məlumat verib.

MSK sədri bildirib ki, saat 12:00-a olan məlumata görə, respublika üzrə seçicilərin 32,43 faizi referendumda iştirak edib.

"İlkin olaraq bu, çox yüksək nəticədir. Referendumu baş tutmuş hesab etmək olar. Seçicilərin 25 faizi səsvermədə iştirak edərsə, referendum baş tutmuş hesab olunur", - Pənahov deyib.

Pənahov referendumun gedişi zamanı ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib və qeyd edib ki, şikayət daxil olarsa, araşdırılacaq.

MSK rəsmisi bildirib ki, səsvermənin ilkin nəticələri bu gecə açıqlanacaq.

Çərşənbə günü Azərbaycanda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti