...

Azərbaycan əhalisi referendumda fəal iştirak edir - Bolqarıstan parlamentinin müşahidəçi missiyasının üzvləri

Siyasət Materials 18 Mart 2009 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir N.İsmayılova /

Bolqarıstan parlamentinin müşahidəçi missiyasının üzvləri Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər üzrə referedumda seçicilərin fəal iştirak ediklərini qeyd edirlər.

"Əhali referendumda fəal iştirak edir, hər şey qaydasındadır və heç bir pozuntu qeydə alınmayıb", - Trend -a Bolqarıstan parlamentinin deputatı Nikola Prodanov deyib.

Prodanov Bolqarıstan parlamentinin digər üzvü Yuseyn Dsxemillə birlikdə paytaxtın Əzizbəyov rayonunun 12 və 30 saylı seçki məntəqələrində monitorinq keçirib.

"Heç bir pozuntu qeydə alınmayıb, referendum normal keçir", - Dsxemil bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti