...

Qazaxıstanda seçicilərin Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referendumda iştirakı 66% təşkil edib

Siyasət Materials 18 Mart 2009 16:13 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 mart / Trend , müxbir K.Arınova /  

Qazaxıstanda yerli vaxt ilə 15:00-dək seçicilərin Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendumda iştirakı 66 faiz təşkil edib. Bu barədə Trend -a Azərbaycanın Qazaxıstandakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilovun Trend -a verdiyi məlumata görə, Astanada seçicilərin 67 faizi və ya 500 nəfər səs verib, Aktaudakı Baş Konsulluqda isə bu göstərici 65 faiz təşkil edib.

"Seçicilərin olduqca yüksək fəallığı müşahidə olunur, bu, referendum öncəsi aparılan böyük təbliğat işləri ilə əlaqədardır", - deyə səfir bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Qazaxıstanda iki seçki məntəqəsi açılıb. Biri Astanada, Azərbaycan səfirliyinin binasında, digəri isə səfirliyin Aktau şəhərində yerləşən Baş Konsulluğunda.

Referenduma hazırlıq çərçivəsində Qazaxıstanda müvəqqəti yaşayan vətəndaşların siyahısı tərtib olunub və seçki hüququ olan vətəndaşların konsul qeydiyyatı aparılıb.

Astanada ümumilikdə 745, Aktauda isə 352 nəfər qeydiyyata alınıb.

Səfirlikdə referendumun keçirilməsi üzrə seçki komissiyası yaradılıb və referendumun yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlər görülüb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Referendum günü vətəndaşlar saat 08:00-dan 19:00-dək səfirliklərdə açılmış seçki məntəqələrində səs verə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti