...

Özbəkistanın milli sənətinin şah əsərləri geniş ictimaiyyətə təqdim ediləcək

Siyasət Materials 18 Mart 2009 23:09 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 18 mart / Trend , müxbir T.Jukov /

Şəxsi kolleksiyaları ilə Özbəkistan və Avropa muzeylərini bəzəyən, Özbəkistanın müasir dövrünü və keçmişini əks etdirən milli sənətin şah əsərləri ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim ediləcək.

"Özbəkistan Mədəniyyəti və İncəsənəti Forumu" fondundan Trend -a bildiriblər ki, unikal sərgi Novruz bayramı və Daşkəndin 2200 illik yubileyinə həsr ediləcək. Layihənin təşkilatçıları UNESCO, Britaniya şurası və "Özbəkistan Mədəniyyəti və İncəsənəti Forumu"dur.

Layihə martın 20-dən aprelin 20-dək davam edəcək. Tədbirin elmi tanıtım hissəsində Rusiya, Fransa və Almaniya mütəxəssisləri avanqard rəssamlığın üsulu və simaları ilə Özbəkistanın milli parçalarının kaloritlərinin qarşılıqlı əlaqəsi barədə məlumt verəcəklər.   

Sərgi üç tematik bloka bölünür: "Mənbələr", "Ənənələr və müasirlik", və "Avanqardın ilhamlanması". Sərgidə müxtəlif ölkələrdən şəxsi və muzey kolleksiyalarına aid olan sənət inciləri nümayiş etdiriləcək. Onların arasında ənənəvi və müasir dekorativ-tətbiqi incəsənətin eksponatları da var.

Milli sənətin şah əsərləri ötən il "Özbəkistan Mədəniyyəti və İncəsənəti Forumu" fondunun dəstəyi ilə açılmış "Gənclər" yaradıcılıq mərkəzinində nümayiş etdiriləcək. İctimai təşkilatın himayəçi şurasının sədri Özbəkistan Prezidentinin böyük qızı Gülnarə Kərimovadır .

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti