...

Azərbaycan Prezidenti Fransanın xarici ticarət üzrə dövlət katibini qəbul edib

Siyasət Materials 19 Mart 2009 18:44 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Fransanın xarici ticarət üzrə dövlət katibi, Fransa-Azərbaycan Birgə İqtisadi Komissiyasının həmsədri xanım Ann-Mari İdrakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb. Xanım Ann-Mari İdrak Fransa Prezidenti Nikola Sarkozinin məktubunu dövlətimizin başçısına təqdim edib.
Görüşdə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə - siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə genişlənməsindən məmnunluq ifadə olunub, ölkəmizdə Fransa şirkətlərinin uğurla fəaliyyət göstərdikləri bildirilib.
Söhbət zamanı Komissiyanın Bakıda keçirilən iclasının əhəmiyyətinə də toxunulub və Fransanın iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Xəbər lenti

Xəbər lenti