Gürcüstan, Tbilisi, 26 mart / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Milli Bankına Polşa Milli Bankının nümayəndə heyəti işgüzar səfərə gəlib. Nümayəndə heyətinin tərkibinə maliyyə sistemləri departametinin direktoru Piotr Şpunar, ekspertlər Adam Qloqovski və Masiyej Qrojinski daxildirlər.
Qonaqlar Gürcüstan Milli Bankının rəhbərliyi ilə görüş keçirəcək və bankın əməkdaşları üçün "Maliyə stabilliyi" mövzusunda seminar təşkil edəcəklər.
Gürcüstan və Polşa milli bankları uzun müddətdir ki, əməkdaşlıq edirlər. Polşa təcrübəsi ilə tanışlıq Gürcüstan bank sektoru üçün yeni prespektivlər açacaq. Bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək.
Polşa nümayəndə heyətinin səfəri martın 29-dək davam edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]