...

Qırğızıstan ABŞ-ın "Manas" aviabazasına qayıtmasını nəzərdən keçirmir – XİN rəhbəri

Siyasət Materials 26 Mart 2009 15:00 (UTC +04:00)
Qırğızıstan ABŞ-ın "Manas" aviabazasına qayıtmasını nəzərdən keçirmir – XİN rəhbəri

RİA Novostnin verdiyi məlumata əsasən, Qırğızıstan Xarici Siyasət İdarəsinin rəhbəri Kadırbek Sarbayev cümə axşamı bildirib ki, Qırğızıstan hazırda ABŞ hərbi kontingentinin 2009-cu ilin avqustunda tərk edəcəkləri "Manas" aviabazasına yenidən qayıdışını nəzərdən keçirmir.

"Hazırda biz ABŞ-ın aviabazaya qayıtma imkanlarını nəzərdən keçirmirik", - Sarbayev Moskvada mətbuat konfransı zamanı deyib.

Fevral ayında Qırğızıstan ABŞ hərbi kontingentinin öz ərazisində yerləşdirilməsi barədə razılaşmanı tamamilə ləğv edərək bu barədə Birləşmiş Ştatları rəsmi surətdə məlumatlandırıb.

Razılaşmaya əsasən, aviabaza avqustun ortalarınadək Qırğızıstan ərazisindən çıxarılmalıdır.

Aviabaza Bişkek yaxınlığında "Manas" hava limanına bitişik 224 hektar sahəni tutur.

Xəbər lenti

Xəbər lenti