...

Azərbaycanın müxalif partiyası birgə əməkdaşlığa dair danışıqlara başlayıb

Siyasət Materials 31 Mart 2009 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalif partiyası sosial-iqtisadi məsələlərin müzakirəsi ilə bağlı birgə əməkdaşlığa dair müxalifət partiyaları ilə danışıqlara başlayıb, çərşənbə axşamı Trend -a müxalif Milli İstiqlal Partiyasının (AMİP) təbliğat və mətbuat katibi Əli Orucov bildirib.

"Bu təkliflə Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyalarla müzakirə aparmışıq. İttifaqdan təklifin Sədrlər Şurasında müzakirə ediləcəyini deyiblər", - Orucov qeyd edib.

Trend News-un arayışı: AMİP martın əvvəlində yeritdiyi siyasi kursunda dəyişiklik edərək, sosial-iqtisadi məsələlərin həllini prioritet istiqamət seçməsi barədə qərar çıxarıb və bu istiqamətdə siyasi partiyalarla əməkdaşlığa razılıq verib.

Orucov DUİ-nin bu istiqamətdə əməkdaşlığa razılıq verəcəyinə inandığını deyib. AMİP sözçüsü birgə əməkdaşlığa dair digər müxalif partiyalarla da danışıqlara başlayacağını vurğulayıb. "Əməkdaşlıqda məqsəd sosial problemlərin, qlobal maliyyə böhranının Azərbaycana təsirinin qarşısını almaqdır", - Orucov əlavə edib.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Demokratiya Uğrunda İttifaqı 2005-ci il parlament seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları tərəfindən yaradılıb. Sentyabrın əvvəllərində Böyük Azərbaycan, noyabr ayında isə Xalq Partiyası DUİ-yə üzv qəbul olunub. İttifaq bu partiyaların məşvərət və əməkdaşlıq qurumdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti