...

Qazaxıstanda keçmiş ətraf mühitin qorunması nazirinin həbsinə sanksiya verilib

Siyasət Materials 2 Aprel 2009 16:33 (UTC +04:00)

Qazaxıstan, Astana, 02 aprel / Trend , müxbir K.Arınova /

Astana məhkəməsində keçmiş ətraf mühitin qorunması (MOOC) naziri Nurlan İskakovun həbsinə sanksiya verilib. Bu barədə cümə axşamı Trend -a Maliyyə polisinin rəsmi nümayəndəsi Murat Jumanbay bildirib.

"Astana şəhərinin 2 nömrəli Sarı-Arkans rayon məhkəməsi keçmiş ətraf mühitin qorunması naziri Nurlan İskakovun və "Merkuri +" müəssisəsinin nümayəndəsi A.Jayqanovun həbsinə sanksiya verib", - deyə Jumanbay bildirib.

Onun sözlərinə əsasən, martın 30-da Qazaxıstanın İqtisadi və Korrupsiya cinayətləri ilə mübarizə Agentliyinin istintaq departamenti (Maliyyə polisi) keçmiş ətraf mühitin qorunması nazirinin həbs edilməsi üzrə Astana məhkəməsinə müraciət edib.

Maliyyə polisindən bildirilən məlumata əsasən, martın 30-da vəzifəsindən sui-istifadə edərək büdcədən 1,1 milyard tengin oğurlanmasında şübhəli bilinən İskakov, həmçinin "Merkuri +" müəssisəsinin nümayəndəsi Jayqanov həbs edilib.

Fevralın 28-də isə Maliyyə polisi əməkdaşları tərəfindən ətraf mühitin qorunması nazirinin müavini Alcan Braliyev həbs edilib. Bununla yanaşı, martın 3-də МООС-un digər nazir müavini Zeynulla Sarsenbayev də həbs edilib.

Onlara qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edərək büdcə vəsaitlərinin oğurlanması faktları üzrə cinayət işi açılıb.

Martın 6-da Sarsenbayeva qarşı hüquq tədbirləri ev həbsi ilə əvəzlənib. Braliyev isə hələ də həbsxanadadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti