...

Gürcüstan parlamentinin sədri Finlandiyada görüşlər keçirir

Siyasət Materials 3 Aprel 2009 18:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 aprel / Trend , müxbir N.Kirtsxaliya /

İki günlük rəsmi səfərlə Helsinkidə olan Gürcüstan parlamentinin spikeri David Bakradze aprelin 2-də Finlandiya parlamentinin sədri Sauli Ninisteylə görüşüb.

Gürcüstan parlamenti mətbuat xidmətinin verdiyi məlumata əsasən, danışıqların əsas müzakirə mövzusu Rusiya ilə münasibətlər olub. Bakradze finlandiyalı həmkarına Qafqazdakı vəziyyətlə bağlı məlumat verib.

Görüşdə Avropa parlamentinin deputatları olan Finlandiya parlamentinin bir sıra nümayəndələri iştirak edib.

"Biz gələcəkdə nə edəcəyimizi və Gürcüstanın işğaldan azad olması üçün nə etməli olduqlarımızı müzakirə etdik", - Bakradze görüşdən sonra deyib.

Tərəflər Gürcüstanda aparılan islahatları və dünya maliyyə böhranının yaratdığı problemləri müzakirə ediblər.

Gürcüstan nümayəndə heyəti doqquz siyasi partiyanın təmsil olunduğu Finlandiya parlamentinin iclasında iştirak edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti