...

Gürcüstanın XİN rəhbəri Misirdə səfərdədir

Siyasət Materials 6 Aprel 2009 17:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Misirə rəsmi səfərə başlayıb. Bu barədə bazar ertəsi keçirilən ənənəvi brifinqdə Gürcüstanın XİN-in Siyasi Departamentinin sədri Zurab Kaçkaçişvili məlumat verib.

Onun sözlərinə görə, Vaşadze səfər çərçivəsində bir sıra rəsmi görüş keçirəcək.

"Bu səfərin əhəmiyyəti Misirin Gürcüstana yatırdığı sərmayələr fonunda böyükdür", - deyə o, bildirib.

Bu gün Gürcüstan hökuməti Misirin "Freş" şirkəti ilə Kutaisidə məişət texnikası istehsalı üzrə zavodlar şəbəkəsinin tikintisi barədə saziş imzalayacaq. Misir şirkəti cari ildə bu layihəyə 1,6 mlrd. dollar, üç il ərzində isə 3 mlrd. dollar yatırmaq niyyətindədir.

Kutaisidə sazişin imzalanma mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvilinin də iştirakı planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti