...

Rumıniyanın Moldovada baş verən bütün hadisələrə aidiyyatı var - prezident Voronin

Siyasət Materials 8 Aprel 2009 14:17 (UTC +04:00)

Moldova prezidenti Vladimir Voronin bildirib ki, Rumıniyanın ölkədə baş verən bütün hadisələrə aidiyyatı var, RİA Novosti xəbər verir.

"Rumıniyanın ölkədə baş verən bütün hadisələrə aidiyyatı var. Ancaq səbrin də sərhədi var. Bu hadisələrin müəlliflərinin kim olduğu bizə məlumdur və onların bir hissəsi qaçıb", - Moldova prezidenti çərşənbə günü Hökümət Evində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

Bir müddət əvvəl Kişnyovda böyük qarşıdurma yaranıb, parlament binası və prezidentin iqamətgahı dağıdılıb. Yüzə yaxın polis yaralanıb.

Voronin bildirib ki, Moldova Rumıniya ilə viza rejiminin tətbiqinə başlayır, Rumıniya səfiri isə non-qrant elan olunub.

Xəbər lenti

Xəbər lenti