...

Mayın əvvəlində Yunanıstan səfirliyi Alma-Atadan Astanaya köçür

Siyasət Materials 9 Aprel 2009 18:15 (UTC +04:00)

Qazaxıstan, Astana, 09 aprel / Trend , müxbir K.Arınova /

Mayın əvvəlində Qazaxıstandakı Yunanıstan səfirliyinin əməkdaşları Alma-Atadan Astanaya köçəcək. Bu barədə cümə axşamı Yunanıstanın Qazaxıstandakı səfiri Evanqelos Denaksas jurnalistlərə bildirib.

"Köçməzdən əvvəl Alma-Ata rəhbərliyinə və sakinlərinə göstərdikləri qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm", - Yunanıstan səfiri deyib.

"Böyük yunan mütəfəkkiri və yazıçısı Nikos Kazanzakis tərəfindən mədh edilən bu gözəl şəhəri əməkdaşlarım və şəxsən özüm kədər hissi ilə tərk edirik", - səfir qeyd edib.

Səfirin sözlərinə görə, səfirliyin köçməsi Alma-Ata ilə əlaqələrin kəsilməsi anlamına gəlmir. "Yaxın zamanda Yunanıstan səfirliyinin rəhbərliyi altında Alma-Atada konsulluq açılacaq. Bizi bu regionda yaşayan çoxlu sayda etnik yunanların yaşaması birləşdirir", - səfir vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti