...

Gürcüstan parlamentinin sabiq spikeri Saakaşvilini debata çağırır

Siyasət Materials 10 Aprel 2009 18:29 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 aprel / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan Prezidenti Mixail Saakaşvilini canlı yayımda debata çağırıram", - Gürcüstan parlamentinin sabiq spikeri Nino Burcanadze cümə günü Tbilisidə müxalifətin mitinqində deyib.

"Mən onu dəstəklədiyimi və bunu etməyi dayandırdığımı açıqlamaq istəyirəm. Mən onun nəzarətsiz olduğunu və ölkədə hər şeyi ancaq öz maraqları üçün etdiyini görəndən sonra getdim", - o, bildirib.

Burcanadze söz verir ki, həqiqəti bir daha deyəcək. "Mən ona demişdim ki, xalq aclığa, işığın olmamasına dözə bilər, ancaq şərəfinə qəsdi bağışlamaz", - o, deyib və qeyd edib ki, Saakaşvili xalqın maraqları və dərrakəsinə qulaq asmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti