...

Azərbaycan Prezidenti "Qaradağ Sement" ASC-də zavodun yeni sobasının təməlqoyma mərasimində iştirak edib

Siyasət Materials 14 Aprel 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev "Qaradağ Sement" ASC-də zavodun yenidənqurma layihəsinin təqdimatı və yeni sobanın təməlqoyma mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformsiya Agentliyi yayıb.

400 milyon dollar dəyəri olan sobanın tikilişi Azərbaycanın qeyri-neft sektorunun ən iri layihəsidir.

Mərasimdə çıxış edən İsveçrənin "Holcim" şirkətinin rəhbəri Markus Akerman layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Sobanın inşası və zavodun müasirləşdirilməsi ilə bağlı işlər 2011-ci ildə tamamlanacaq.

Yeni sobanın inşası müəssisənin istehsalat gücünü 30 faiz artıracaq. Yeni texnologiyanın tətbiqi atmosferə atılan tulantıların həcmini və Qaradağ Sement zavodunun ətraf mühitə olan təsirini azaldacaq.

Sobanın inşa olunması klinkerin illik istehsalını 0,8 milyon tondan 1,2 milyon tona, sementin istehsalını isə 1,3 milyondan 1,7 milyon tonadək qaldırmağa imkan verəcək. Layihənin reallaşması istehsalat prosesində elektrik enerjisinə 50 faiz qənaət etməyə imkan verəcək.

Qaradağ Sement-in səhmdarları İsveçrənin "Holcim" şirkəti (69,4 faiz), AYİB (10 faiz) və Azərbaycan İnvestisiya Şirkətidir (10,6 faiz).

Xəbər lenti

Xəbər lenti