...

Rusiya tərəfi "Sarkozi planı"nı pozur

Siyasət Materials 14 Aprel 2009 20:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 aprel / Trend , müxbir N.Kitsxaliya /

"Rusiya tərəfi sistemli şəkildə özü tərəfindən imzalanmış və "Sarkozi planı" kimi tanıan planı pozur", - Gürcüstanın müdafiə naziri David Sixarulidze deyib.

Nazirin sözlərinə əsasən, işğal altında olan ərazilərdə hərbi texnikanın artımı sistemli olaraq qeydə alınır və bu, razılaşmanın Rusiya tərəfindən pozulduğunu göstərir.

Sixarulidzenin sözlərinə görə, hazırki mərhələdə prosesdə qeyd olunan hərbi texnikanı nəzərə alaraq Rusiyanın hərbi təcavüzü "az təxmin ediləndir".

"Gürcü tərəfi narahatçılığa səbəb olan iki amili qeyd edir - "Sarkozi planı"nın yerinə yetirilməməsi və ümumilikdə region üçün yaranmış təhlükə", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti