Gürcüstan, Tbilisi, 15 aprel / Trend , müxbir N.Kirtsxaliya /
Bu cümədən etibarən Gürcüstan müxalifəti pasxa günlərində 4 günlük taym-aut elan edərək, çərşənbə axşamınadək mitinq və manifestləri dayandırır.
Pasxa ilə əlaqədar fasilə haqda qərarı "Vahid Gürcüstan - Demokratik Hərəkat" partiyasının lideri Nino Burcanadze elan edib.
Burcanadzenin sözlərinə əsasən, elan olunan fasiləyə baxmayaraq, prezidentin Avlabari iqamətgahı və televiziyanın Birinci kanalının studiyası ətrafındakı çadırlarla "həbsxana kameraları" qalacaq. Müxalifət partiyalarının fəalları çadırlarda sutka ərzində növbə çəkəcəklər.
"Əhalinin bütün təbəqələrini öz əleyhinə kökləmək üçün böyük istedad lazımdır. Bunu etdiyinə görə o, (prezident) xalqın rəyini nəzərə alıb istefa verməlidir", - Burcanadze qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]