...

Üçüncü mövqe rayonunda "ikinci açar" haqda söhbətlərə heç bir əsas yoxdur" - RF XİN başçısı

Siyasət Materials 16 Aprel 2009 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend /

"Amerika heç vaxt strateji sistemləri üzərindəki nəzarəti kiməsə verməyib, vermir və belə görünür ki, heç verməyəcək də. İstisnalar heç ən yaxın müttəfiqlərə belə edilmir. Bu səbəbdən "ikinci açar" haqda söhbətlərə heç bir əsas yoxdur", - RF XİN başçısı Sergey Lavrov "Rossiyskaya Qazeta" oxucularının suallarını cavablandırarkən deyib.

"İkinci açar" Polşa və Çexiyadakı RƏM obyektlərində Rusiya silahlı qüvvələri zabitlərinin iştirakı və rus obyektləri istiqamətində raket buraxılışının qarşısını almaq imkanının qazanılmasından ibarətdir.

"ABŞ qlobal RƏM sisteminin üçüncü mövqe rayonu (ÜMR) üzrə diskussiyaların gedişində Amerika tərəfi rus nümayəndələrin ÜMR obyektlərinə çıxış qazanması kimi öhdəliyi öz üzərinə götürmədi. Bununla yanaşı, bizim oradakı daimi mövcudluğumuza Polşa və Çexiya etiraz edir. Ümumilikdə, bizə təklif olunan "şəffaflıq və inam" tədbirləri daha çox simvolik xarakter daşıyırdı və Rusiyanın narahatlığını yumşalda bilməzdi", - nazir bildirib.

ABŞ 2010-cu ilə qədər İran tərəfindən raket təhlükəsinin gözlənilməsi bəhanəsi altında Çexiyada radar və Polşada 10 qabaqlayıcı-tutucu raket yerləşdirmək niyyətindədir. Rusiya bu sistemin onun təhlükəsizliyinə təhdid olacağından çəkinir. RF prezidenti Dmitri Medvedyev noyabrın əvvəlində bildirib ki, Amerika RƏM sisteminin Avropada yerləşdirilməsinə cavab olaraq, Rusiya Kalininqrad vilayətində "İskander" raket komplekslərini yerləşdirəcək və həmçinin RƏM elementlərinin radioelektron müqavimət sistemini tətbiq edəcək. Ancaq Barak Obamanın hakimiyyətə gəlişindən sonra ABŞ-da, Avropadakı ÜMR qurulması fikrindən imtina ediləcəyi haqda fikirlər tez-tez səslənməyə başlayıb.

Lavrovun sözlərinə görə, Rusiya ÜMR-ə alternativ təklif edib - RƏM sahəsində beynəlxalq əməkdaşlığı qaydaya salmaq, raket buraxılışına ümumi monitorinq sistemini yaratmaq, raket təhlükələrinin həqiqiliyini qiymətləndirmək və ehtiyac olduqda birgə reaksiya tədbirləri hazırlamaq. "Bu təşəbbüs qüvvədə qalır. ABŞ-ın yeni administrasiyasından cavab gözləyirik", - nazir deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti