...

ATƏT-in Baş katibi Türkmənistanın demokratikləşməsini dəyərləndirib - yerli KİV

Siyasət Materials 23 Aprel 2009 15:02 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 aprel / Trend , müxbir H.Həsənov /

"ATƏT-in Baş katibi Mark Perren de Brişambo Türkmən Məclisinin (parlament)  spikeri A.Nurberdıyevlə görüşərək, onu yeni deputat heyətinin seçilməsi münasibətilə təbrik edib. O qeyd edib ki, "ATƏT Türkmənistanın demokratik inkişaf yolunun tərəfdarı olduğunu göstərən addımlarını yüksək qiymətləndirir", - bu gün "Neytral Türkmənistan" qəzeti xəbər verir.

Həmçinin Türkmənistan Müdafiə Nazirliyində də qəbul edilən Brişambo "Enerji daşıyıcılarının etibarı, sabit nəqli, davamlı inkişafı və beynəlxalq əməkdaşlığın təminatında rolu" beynəlxalq konfransında iştirak etmək üçün Aşqabada gəlib.

Yerli KİV məlumat verir ki, o, qarşıdakı konfransın "bütün beynəlxalq əməkdaşlıq məkanında qarşılıqlı inam və hörmət iqliminin formalaşdırılmasına yanaşma üçün yaxşı nümunə" olduğunu qeyd edib.

"Türkmənistan bu gün məhz belə yanaşmalar nümayiş etdirir və onun səsini bütün dünyada eşidirlər", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti