...

İran Prezidenti postuna namizəd, Obama ilə münasibətlərdə dəyişikliklər vəd edir

Siyasət Materials 24 Aprel 2009 13:42 (UTC +04:00)
İran Prezidenti postuna namizəd, Obama ilə münasibətlərdə dəyişikliklər vəd edir

İran Prezidenti postuna namizədlərdən biri dünən ABŞ Prezidenti Barak Obamaya "barışıq mesajı" göndərib. Mesajda İranın hazırkı Prezidenti Mahmud Əhmədinejadın "təxribat" siyasətindən kəskin fərqlənən yeni yanaşma öz əksini tapıb.

Sabiq Baş nazir və hazırda islhatçıların prezident postuna əsas namizədi Mir Hüseyn Musəvi dünən axşam İngiltərənin The Times qəzetinə verdiyi məlumata görə, o, iki dövlət arasında münasibətlər yaxşılaşarsa, Obama ilə görüşməyə hazır olacaq. O həmçinin bildirib ki, dünya ilə başqa cür münasibətlər qurmağı davam etdirmək niyyətindədir.

Musəvinin Əhmədinejadın rəğbətini qazanmamasına baxmayaraq, o, İranın sabiq Prezidenti Məhəmməd Xatəmi kimi nüfuzlu islahatçı xadimlər tərəfindən dəstəklənir, onun Tehranın mərkəzində yerləşən baş qəragahı isə gənc fədailərlə doludur və açıq-aydın görünür ki, yaxşı maliyyələşdirilir.

O, Obama ilə görüşməyə hazır olacaqsınızmı sualına belə cavab verib: "Bəli, hər şey plan üzrə gedərsə, mən onunla görüşmək istərdim", - The Times xəbər verir. O həm də bildirib ki, strateji xarici-siyasi qərarların qəbul edilməsi Prezidentdən asılı deyil, İran Konstitusiyasına əsasən, qərarlar Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul olunur.

Musəvi İranın ehtiyatlı davrandığını etiraf edib, çünki ona Birləşmiş Ştatlar ilə 30 ildən çox davam edən düşmənçiliyinin "acı təcrübəsi" məlumdur. Ölkələr arasında münasibətlər hələ 30 il əvvəl iranlı tələbələr tərəfindən ABŞ-ın Tehrandakı səfirliyi tutulduqdan sonra kəsilib. Səfirlik işçiləri 444 gün girov saxlanılmışdılar.

Obama İranla "ilkin şərtsiz" danışıqların aparılmasının mümükün olduğunu bildirən ilk ABŞ Prezidenti oldu. "Mənim şəxsi fikrim ondan ibarətdir ki, Prezident Obama irəliyə doğru addım atıb",- deyə Musəvi bildirib. O əlavə edib ki, Prezident olarsa, Obamanın yeni yanaşması əsasında ABŞ ilə münasibətlər qurmağa çalışacaq.

Xəbər lenti

Xəbər lenti