Gürcüstan, Tbilisi, 27 aprel / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanın milli müdafiəçisi Gürcüstan DİN-in inzibati binası yerləşən İnqorokva və "9 aprel" küçələrinin kəsişməsində baş verən insidentə aydınlıq gətirilməsini tələb edir.
Soza Subarinin bəyanatına əsasən, bu binadan müxalifətin etiraz aksiyasının iştirakçılarına nəfəsli silahdan atəş açılıb. Onlardan biri -Tengiz Beridzenin gözlərindən bir qədər aşağı dəyən güllə almacıq sümüyünü zədələyib. Daxili işlər orqanlarının işçilərinin qanuna riayət etmələrini təmin etmək öhdəliliyi olan DİN Baş Müfəttişliyinin rəisi Vasil Sanodze isə, piketçilərin başına su ilə dolu selofan paketlər atdığını zaman fotokameralara düşüb. Videoçəkilişdə nümayişçilərə qarşı silah tətbiq edilməsi açıq-aydın görünür.
Milli müdafiəçi həm də onu xatırladıb ki, Vasil Sanodzenin adı Sandro Qirqvlianinin qalmaqallı qətlində hallanıb və məhz bu səbəbdən öz vəzifəsindən azad olunub. Ancaq 2008-ci ildən etibarən yenidən bu posta qaytarılıb.
Subarinin sözlərinə görə, ən təhlükəli və biabırçı olan şey isə odur ki, bu hadisələrdən 12 saat keçməsinə baxmayaraq, DİN Baş Müfəttişliyi rəisinin bu hərəkətinə heç bir reaksiya olmayıb.
Ombudsman hesab edir ki, bütün bunlardan sonra müxalifət tərəfdarları və fəallarına, o cümlədən döyülməsi faktını sübut edən videoyazını hələ aprelin 18-də yaymış Levan Laqidzeyə qarşı hərəkətlər də daxil olmaqla, heç bir hücum faktı haqda araşdırma aparılmamasına təəccüblənmək lazım deyil. Videoyazıda hücum edənlərin üzü və onların maşınları çox açıq görsənir.
Milli müdafiəçi təəssüflə qeyd edir ki, bu faktlardan heç bir Gürcüstan DİN-in veb-saytında öz əksini tapmayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]