...

"Nabukko" İran qazı olmadan keçinə bilməz - İran Milli neft şirkətinin direktoru

Siyasət Materials 29 Aprel 2009 17:41 (UTC +04:00)

İranın neft naziri Qulamhüseyn Nozəri gələn həftə Almaniyaya səfər edəcək. Səfərdən məqsəd iki ölkə arasında enerji sahəsində müzakirələr aparmaq olduğu bildirilir. Bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

"İranın neft naziri Almaniyaya səfər edəcək, səfər zamanı İran və Almaniya arasında enerji sahəsində müzakirələr aparılacaq. Müzakirələrdə İran qazının Almaniyaya "Nabukko" boru kəməri ilə daşınması məsələsindən də danışılacaq",- İranın Milli Neft Şirkətinin direktoru Seyfullah Cəşnsaz bildirib.

Cəşnsaz əlavə edib ki, İranın Neft Nazirliyi və Britaniya şirkəti arasında Tehranda qazın nəqli məsələsi müzakirə olunub. "Çərşənbə axşamı Tehranda Britaniya şirkəti ilə İranın Neft Nazirliyi arasında təbii qazın Nabukko boru kəməri ilə İngiltərəyə nəqli məsələsi müzakirə olunub", - Cəşnsaz bildirib.

Cəşnsaz ABŞ-ın İranın "Nabukko"da iştirak edə biləcəyi barədə bəyanatına münasibət bildirib. "Biz öncədən də bildirmişdik ki, "Nabukko" boru kəmərini qazla təmin edən ölkələr İran olmadan bu kəmərin qazını təmin edə bilməyəcəklər", - Cəşnsaz bildirib.

Xəbər lenti

Xəbər lenti