...

İordaniya və Azərbaycan ərazilərin minalardan təmizlənməsi sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər

Siyasət Materials 30 Aprel 2009 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend /  

"Ərazilərin minalardan təmizlənməsi üzrə İordaniya milli komissiyasının nümayəndə heyətinə başçılıq edən İordaniya şahzadəsi Mired Raad əl-Hüseyn Azərbaycana səfər edəcək", - Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatında deyilir.

Mayın 3-6-da baş tutacaq səfər çərçivəsində qonaqlar ANAMA-nın Füzuli rayonunda apardığı əməliyyatlarla tanış olacaq. Həmçinin partlayıcı maddələrin aşkar edilməsi məqsədilə xüsusi öyrədilmiş itlərə həsr edilmiş brifinq keçiriləcək.

Səfər zamanı ANAMA-nın mənzil-qərargahında görüş keçiriləcək. Görüş çərçivəsində birgə əməkdaşlığın perspektivləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti