Azərbaycanda dövlət qulluğu vəzifələrinin təsnifatları üzrə müsabiqə qaydalarında dəyişikliklər ediləcək - Dövlət Komissiyası

Azərbaycanda dövlət qulluğu vəzifələrinin təsnifatları üzrə müsabiqə qaydalarında dəyişikliklər ediləcək - Dövlət Komissiyası

Azərbaycan, Bakı, 05 may / Trend ,müxbir K.Zərbalıyeva /

Azərbaycanda dövlət qulluğu vəzifələrinin təsnifatları üzrə müsabiqə qaydalarında dəyişikliklər nəzərdə tutulub.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının sədri Bəhram Xəlilov bazar ertəsi Trend -a müsahibəsində bildirib ki, komissiya təsnifatlar arasındakı fərqi nəzərə alaraq həmin təsnifatlar üzrə müsabiqə şərtlərinin dəyişdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlayaraq Milli Məclisə təqdim edib.

Xəlilovun sözlərinə görə, 9-cu təsnifatla 6-cı təsnifat üzrə vəzifələrdə həm məsuliyyət, həm vəzifə, həm də əmək haqqı baxımından fərqlər var.

"Təbii ki, həmin təsnifatlar üzrə vəzifələr üçün fərqli tələblər olmalıdır. O cümlədən, test imtahanlarının sualları ilə bağlı. Fikrimiz var ki, həm sualların çətinliyi, həm namizədin imtahana hazırlıqla bağlı istifadə etdiyi mənbələr, həm sualların cavablandırılması üçün ayrılan vaxt, həm də keçid balları da fərqli olsun",-deyə komissiya rəsmisi vurğulayıb.

Xəlilov bildirib ki, dövlət qulluqçularına daha çox İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiə nazirliklərində və Dövlət Sosial Müdafiə Fondunda tələbat var.

Adıçəkilən dövlət qurumları müsabiqələrə ən çox vakant vəzifələr təqdim edirlər. Belə ki, təkcə son müsabiqəyə İqtisadi İnkişaf Nazirliyi 83, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 78 və Dövlət Sosial Müdafiə Fondu 61 vakant dövlət qulluğu vəzifəsi təqdim edib.

Xəlilov müsabiqə yolu ilə dövlət qulluğuna qəbul olunmuş namizədlər barəsində indiyədək Komissiyaya həmin qurumların rəhbərliyindən şikayət daxil olmadığını deyib: "Bizə, təqdim etdiyimiz namizədlərin həmin dövlət orqanının rəhbərliyi tərəfindən sıxışdırılması, hüquqlarının pozulması ilə bağlı fakt, müraciət daxil olmayıb".

Komissiya sədri müsabiqə yolu ilə dövlət qulluğuna qəbul olmuş şəxslərin həmin qurumların rəhbərliyi tərəfindən sıxışdırıldığı, onların hüquqlarının pozulduğu və bu əsasla da dövlət qulluğundan imtina etmələri barədə yayılan fikirləri də əsassız sayır.

"Dövlət qulluğuna qəbul olunmuş bütün namizədlərlə işə başlamazdan öncə görüş keçiririk, onlara hüquq və vəzifələrini izah edirik. Hər hansı bir problem yarandıqda komissiyaya müraciət etmək imkanlarının olduğunu izah edirik və onlarda əminlik yaradırıq ki, problemləri qanunvericilikdə nəzərdə tutulan qaydada həll olunacaq", - deyə Xəlilov vurğulayıb.

Xəlilov bildirib ki, dövlət qulluğuna qəbul olunmuş şəxslərin bir neçəsi dövlət qulluğunda bir müddət çalışdıqdan sonra özəl sektorda daha yüksək əmək haqqı olan vəzifə təklif olunduğu üçün öz istəkləri ilə vəzifələrindən azad olunublar.

Komissiya sədri dövlət qulluğuna müsabiqədənkənar qəbulla bağlı halların olduğunu istisna etməyib və qeyd edib ki, dövlət orqanlarında bununla bağlı keçirdikləri monitorinqlər zamanı bir neçə belə fakt aşkarlayıblar.

"Dövlət qulluğu haqqında qanunvericiliyə müsabiqədənkənar dövlət qulluğuna qəbul edilmə halının dövlət qulluğuna xitam verilməsi üçün əsas olması ilə bağlı əlavə olunub. Əgər belə faktlar varsa və onun üstü bir aydan, iki ildən sonra da açılsa, həmin şəxsin dövlət qulluğuna xitam veriləcək", - Xəlilov bildirib.

Komissiya rəsmisi qeyd edib ki, aşkar olunan faktlarla bağlı dövlət orqanının rəhbərliyinə komissiya tərəfindən təqdimat göndərilib və həmin şəxslərin dövlət qulluğuna xitam verilib.

Həmin şəxslər sırasından bir qismi elan olunmuş müsabiqələrdə sonradan iştirak edib və onlar arasında müsabiqə yolu ilə dövlət qulluğuna qəbul edilənlər də olub.

Xəlilov deyib ki, dövlət qulluğuna müsabiqədənkənar qəbul həyata keçirmiş dövlət orqanının rəhbəri barəsində qanunvericilik hər hansı cəza nəzərdə tutmur.

"Bu hal dövlət orqanı rəhbərinin işində verdiyi nöqsan kimi qiymətləndirilir", - Xəlilov deyib.

Komissiya sədri Milli Məclisin dövlət qulluğu ilə bağlı qanunvericiliyə edilən son dəyişikliyə də aydınlıq gətirib.

Qeyd edib ki, yeni dəyişikliyə əsasən, dövlət qulluğunda inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədilə ilk növbədə həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları üçün müsahibə keçiriləcək. Bu müsahibə nəticəsində inzibati vəzifə tutulmadıqda digər şəxslərin iştirakı ilə müsahibə və ya müsabiqə keçirilə bilər.

"Tutaq ki, hansısa bir məsləhətçi bu vəzifədə bir neçə ildir çalışır və rəhbərlik onun baş məsləhətçi kimi çalışmasında problem görmür. Bu proseduru sadələşdirmək üçün qanunvericiliyə belə bir dəyişikliyin edilməsini təklif etdik: əgər hansısa dövlət orqanında belə namizəd varsa, onu vəzifədə yüksəltmək üçün yalnız həmin şəxslə komissiya nümayəndəsinin iştirakı ilə müsahibə keçiriləcək. Dövlət orqanlarının istəyini nəzərə alıb belə bir təklif irəli sürdük. Bu dəyişiklik 6-9-cu təsnifat çərçivəsində karyera yüksəlişi üçün nəzərdə tutulub", - deyə Xəlilov bildirib.

Dövlət qulluqçularının reystrinə başlandığını deyən Xəlilov 10 minə yaxın dövlət qulluqçusunun reystrə daxil edildiyini bildirib.

Komissiya sədri reystr proqramının da gələcəkdə dəyişdiriləcəyini deyib.

"Həmin dəyişiklik dövlət qulluqçuları barədə bütün məlumatların onlayn sistemində təqdim edilməsini nəzərdə tutur", - Xəlilov deyib.

Xəlilov dövlət qulluqçularının etik davranışı ilə bağlı dövlət orqanlarından məlumat toplandığını və həmin məlumatların ümumiləşdirilməsinin aparılacağını deyib.

Onun sözlərinə görə, həmin məlumatlar Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırlayacağı hesabata daxil ediləcək və bu barədə məlumatlar ictimaiyyətə açıqlanacaq.

Xəlilov ilbəil dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin sayının artacağına əminliyini bildirib. Onun fikrincə, vətəndaşlar şəxsi keyfiyyətlərinə və biliklərinə görə dövlət qulluğuna qəbul oluna biləcəklərinə inanmalıdırlar və bu inam olarsa, dövlət qulluğuna maraq artacaq.

"Azərbaycanda dövlət qulluğuna maraq həmişə çox olub. Dövlət qulluqçularının sosial müdafiəsi üçün lazimi şərait yaradılıb. Dövlət qulluqçusunun gələcəkdə vəzifədə yüksəliş imkanı, pensiya təminatları var. Çox vətəndaş bundan xəbərsizdi", - Xəlilov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Ötən il 50 milyon dollardan çox metanol ixrac edilib
Ötən il 50 milyon dollardan çox metanol ixrac edilib
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
Loading Bars
Xəbər lenti
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Ötən il 254 kriminal qrup zərərsizləşdirilib, 2 tona yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Ölkədə bu cinayətlər azalıb - RƏSMİ
Ötən il ümumilikdə 26 004 cinayət qeydə alınıb - Nazir
Kəlbəcər rayonunun Alolar kəndi (FOTO/VİDEO)
Vətən Müharibəsində Daxili Qoşunların 65 hərbçisi şəhid olub, 347 nəfər yaralanıb
DİN-də 2020-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib (FOTO)
Azərbaycanda 503 nəfər COVID-19-dan sağalıb, 118 nəfər yoluxub, 13 nəfər vəfat edib
AZƏRTAC-ın İdarə Heyəti sədrinin “İnformasiya yaradıcılığı: standartlar və yeni yanaşmalar” kitabı Türkiyədə nəşr olunub (FOTO)
Azərbaycanla Türkiyə arasında yeni memorandum müzakirə ediləcək
Milli Məclisdə əfv etmə-amnistiya aktı mövzusunda dinləmə keçiriləcək
Təhlükəsizlik İdarəsinin əməkdaşları maaşlarının 10 faizini “YAŞAT” fonduna köçürüblər
“AccessBank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir
Ötən il vergidən dövlət büdcəsinə 7,4 milyard manatadək vəsait daxil olub - Mikayıl Cabbarov
Sənaye parklarında 50 rezident qeydiyyata alınıb - Nazir
Fransa mediası Qarabağ müharibəsini yalnız Ermənistan tərəfindən işıqlandırıb - Reza Deqati (FOTO)
20 Yanvar günü marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək - BNA
ABŞ-da Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olunub
Azərbaycan və İran arasında dəmiryol sahəsində əməkdaşlıq memorandumu imzalanıb
Kəlbəcərə dəmir yolunun çəkilməsi rayonun iqtisadi potensialını dəfələrlə artıracaq - Alim
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmasa, onun cavabının sərt olacağını bilməlidir - Tarixçi alim
Azərbaycanda narın qiyməti niyə bahalaşır? - Səbəb açıqlandı
Azərbaycan bu məhsula xarici tələbatı tamamilə aradan qaldırır
Baş prokuror Polşanın ölkəmizdəki səfiri ilə görüşüb (FOTO)
Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi
Yanvarın 19-na USD/AZN rəsmi məzənnəsi
Əlverişsiz hava şəraiti Hirkan Milli Parkında yanğının söndürülməsinə ciddi maneə yaradır - FHN (VİDEO)
İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb
Nazirlik polietilen torbalarla bağlı sahibkarlara çağırış edib
Atəşkəs davamlı olarsa, Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar ata bilərik - Çavuşoğlu
Yeni zavodda 60-90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsulları istehsal olunacaq
Bakıda peyvəndlənmə prosesi belə aparılır (FOTO/VİDEO)
Cəlilabadda daha bir koronavirus xəstəsi ictimai yerdə aşkarlandı
İran və Türkiyə arasında dəmir yolu sahəsində sənədlər imzalanıb
Bakı-Sumqayıt qatarı 20 Yanvar günü bu qrafiklə işləyəcək
Azərbaycan Prezidenti: 2021-ci il də artıq qələbələrlə başlayır
Şəhidlər Xiyabanında son tamamlama işləri görülür (FOTO)
Səbaildə Şəhidlərin xatirə lövhəsinin açılışı olub (FOTO)
Bu il daha 4 DOST mərkəzinin açılması nəzərdə tutulur - Nazir
Prezident İlham Əliyev: Kimsə özünü toxunulmaz hesab etməsin
“Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş rejimdə çalışacaq
Ermənistan məscidlərimizi dağıtmaqla islamofob ölkə olmasını sübit etdi - Naqif Həmzəyev
Prezident İlham Əliyev: Artıq müharibə də başa çatıb, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qalıb
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda hər şey planlı şəkildə, düzgün aparılmalıdır
Prezident İlham Əliyev: Fəaliyyətimdə Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur
Rusiyada qar uçqunu olub, 12 nəfər...
Azərbaycan Prezidenti: Sənaye, kənd təsərrüfatı, qeyri-neft sektoru, ixrac imkanları, idxaldan asılılığın azaldılması yeni reallıq yaradıb
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib (VİDEO)
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib (FOTO/VİDEO)
Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov
Vaksin vurulandan sonra özümü tam rahat hiss edirəm - Həkim
Azərbaycanın yaratdığı yeni reallıqda Dağlıq Qarabağın status məsələsi yoxdur - Deputat
Qələbəmizin kökündə duran əsas məqamlardan biri gənclərimizin vətən sevgisi idi - Deputat
Azərbaycandakı dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
İradə Gülməmmədova şəhid ailələri ilə görüşdü (FOTO)
Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imtahan keçiriləcək
İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər azalıb
Xaricdə yaşayan qarabağlılar Şuşa ilə bağlı təəssüratlarını bölüşüblər (FOTO)
Qarabağın yeni yaradılacaq yol-nəqliyyat infrastrukturu bölgənin inkişafında strateji əhəmiyyət kəsb edəcək - Vüqar Rəhimzadə
Azərbaycana gələn və ölkədən gedən şəxslərin sayı azalıb
Müharibədən zərər çəkən 1500-dən çox uşağa psixoloji yardım göstərilib (FOTO)
Xəzərin səviyyəsinin azalmasına səbəb olan amillər açıqlandı
Ağdaş və Şəki sakinlərindən narkotik vasitə götürülüb
İrandan yayımlanan televiziya və radio dalğaları yüksək sahə gərginlikləri yaradır - Şura
Vaksinasiyanın başlanması koronavirusun başa çatması anlamına gəlmir – Deputat
Bu sahə üzrə ekspert olmaq istəyən namizədlər üçün test imtahanına qeydiyyat elan edilir
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 5000 manat cərimələnib
Ağdaşda karantin qaydalarını pozan kafe və çayxana aşkar edilib
Büdcədən maliyyələşən yayımçıların efirlərində çatışmazlıqlar var - MTRŞ
Ombudsman Səbinə Əliyeva növbəti dəfə qazilərlə görüş keçirib
Qarabağda yayım həyata keçirmək üçün CBC TV kanalına müddətsiz regional televiziya yayımı lisenziyası verilib
İranda daha 83 nəfər koronavirusdan ölüb
10 noyabr üçtərəfli bəyanatının heç bir gizli bəndi mövcud deyil - Rusiya XİN
Rusiyanın Qarabağı öz tərkibinə qatmaq kimi ekzotik fikri yoxdur - Lavrov
Parlamentin elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib (FOTO)
Azər Türk Bankın ekosistemində daha bir yenilik
Baş Prokurorluq işçi axtarır
Metronun “8 Noyabr” stansiyası və daha bir neçə stansiyaya rəis təyin olunub
Ermənistan tərəfindən əsirlərlə bağlı siyahı dərhal və tam şəkildə təqdim olunmadı - Lavrov
İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Müharibədə xəsarət almış hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanır
Ermənistanın səhiyyə naziri istefa verib
Koronavirusa yoluxmuş tibb işçilərinə peyvənd vurulmayacaq - Baş həkim
Rusiya FHN Ağdam rayonuna əlavə minatəmizləyici mütəxəssislər göndərib
İranın 30 şirkəti Qarabağın bərpasında iştirak etməyə hazırdır
Havanın kəskin dəyişməsi ilə bağlı “Azərişıq" gücləndirilmiş rejimə keçib
Sabahın hava proqnozu açıqlanıb
Özümü yaxşı hiss edirəm - Peyvənd olunan baş həkim
Berqa ilə yeni, tam fərqli bir dad dünyasına səyahətə hazırsınız?
Azərbaycan dövlət büdcəsinə vergi daxilolmalarının həcmi açıqlanıb
Buğda əkinlərinin güzəştli sığortası başlayıb – Şərtlər, məbləğlər, misallar
Azərbaycanda çovğun bu səbəbdən olacaq - Umayra Tağıyeva açıqladı
Südün tərkibi və bioloji xüsusiyyətləri
ABŞ Somalidən qoşunlarını çıxarıb
Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur - Akif Qurbanov
2020-ci ildə 2 milyon tona yaxın yük daşınıb - DANX
Füzuli rayonunun Merdinli kəndi (FOTO/VİDEO)
"Milli şuranın" milli xəyanəti yeni hadisə deyil - Əli Əhmədov
Bütün xəbərlər