...

Azərbaycan Şimali Atlantika məkanına intensiv inteqrasiya edir - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 6 May 2009 12:23 (UTC +04:00)
Azərbaycan Şimali Atlantika məkanına intensiv inteqrasiya edir -  Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir C.Babayeva /

Azərbaycan Şimali Atlantika məkanına intensiv inteqrasiya edir. Bu barədə çərşənbə günü Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov "İrəli" İctimai Birliyi tərəfindən təşkil olunmuş "Yaz müzakirələri" zamanı bildirib. Müzakirələr Avropa Günü - 5 may tarixinə həsr olunub.  

"Azərbaycan Şimali Atlantika məkanı və strukturlarına inteqrasiya etmək niyyətindədir, bu, ölkənin əsas istiqamətidir", - deyə Aslanov bildirib.

O qeyd edib ki, Avropa ilə Azərbaycanı müqayisə etmək istəməzdi. "Avropa dirçəliş və çiçəklənmə dövrünü beş əsrə keçdi, Azərbaycan isə bu dövrü 1870-1920-ci illər ərzində keçib", -  deyə o bildirib.

Aslanov Azərbaycan vətəndaşlarını qərb praqmatizmli şərqlilər kimi görmək istədiyini bildirib.

"Şərq adamı - mənəvi dəyərlərə hörmət edən, tarixinə və ölkəsinin dininə bağlı olan kəsdir", - deyə o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti