...

Beynəlxalq qüvvələrin hərbi əməliyyatları zamanı dinc əhalinin öldürülməsi yolverilməzdir – Əfqanıstan Prezidenti

Siyasət Materials 6 May 2009 16:43 (UTC +04:00)

"Beynəlxalq qüvvələrin hərbi əməliyyatları zamanı dinc sakinlərin öldürülməsi qəbulolunmaz və yolverilməzdir", - deyə Əfqanıstan Prezidenti Həmid Kərzayi bildirib.

Əfqanıstan Prezident Aparatından Trend -a bildirilib ki, hazırda ABŞ-da rəsmi səfərdə olan Əfqanıstan Prezidenti Kərzayi bu ölkənin Fərah əyalətində törədilmiş qanlı hadisəni tənqid edib. "Əfqanlar beynəlxalq qüvvələr tərəfindən keçirilən hərbi əməliyyatları zamanı dinc əhalinin öldürülməsi faktları ilə barışmayacaq", - deyə Kərzayi bildirib.

Kərzayi Fərah əyalətinin Bala Baluk şəhərində baş vermiş hadisə ilə bağlı xüsusi komissiyanın yaradılması barədə sərəncam verib. "ABŞ hərbi qüvvələrinin nümayəndələri və Əfqanıstan rəsmilərinin müştərək komissiyası bu gün səhər hadisə yerinə baxış keçirmək üçün göndərilib", - deyə məlumatda bildirilir.

ABŞ hərbi qüvvələrinə məxsus təyyarələr bazar ertəsi axşam Fərah əyalətinin Bala Baluk şəhərinə havadan hücum ediblər. Məlumata əsasən, hadisə nəticəsində 150-dən çox dinc sakin həlak olub, 19 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti