...

Dünən gecə baş verən qarşıdurma zamanı zərərçəkənlərdən 7 nəfəri xəstəxanadadır

Siyasət Materials 7 May 2009 12:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir N.Kirtsxaliya /

Dünən gecə Tbilisi Baş Polis İdarəsi qarşısında radikal müxalifət tərəfdarları ilə polis arasında qarşıdurma zamanı zərərçəkənlərdən 7 nəfəri hazırda xəstəxanalarda qalmaqdadır.

Onların içərisində beyin silkələnməsi almış müxalifətin liderlərindən Qiya Maysaşvili də var.

Qarşıdurma zamanı cəmi 38 nəfər zərər çəkib, onlardan 6-sı polis, 2-si isə jurnalist olub.

Quduşauri adına klinikanın direkotru Zaza Sinauridzenin sözlərinə görə, zərərçəkənlərin həyatı ilə bağlı heç bir təhlükə yoxdur, amma onların hamısı həkim nəzarəti altındadır. "Klinikaya çatdırılmış xəstələrin kəsik yaraları vardır. Əsas odur ki, onların heç birində dəlik yarası olmayıb. Bütün yaralar üzərində işlənib. Xəstələr nəzarət altındadır. Heç nəyi ötürməmək üçün iki saatdan sonra daha bir müayinə edəcəyik. Onların sağlamlığına heç bir təhlükə olmadığına əmin olandan sonra, xəstəxanadan çıxmalarına icazə verəcəyik", - o bildirib.

Respublika xəstəxanasına gəlincə, direktorun müavini İrakli Ruxadzenin sözlərinə görə, xəstəxanaya 15 zərərçəkən çatdırılıb. "Zərərçəkənlərin durumu sabitdir", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti