...

Türkiyə Prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü yüksək qiymətləndirib

Siyasət Materials 8 May 2009 18:14 (UTC +04:00)
Türkiyə Prezidenti Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü yüksək qiymətləndirib

"Türkiyə Azərbaycan və Ermənistan prezidentlərinin cümə axşamı Praqada keçirilmiş görüşünü yüksək qiymətləndirir", - cümə günü Türkiyə Prezidenti Abdulla Gül Praqadakı mətbuat konfransında deyib, CNN Turk telekanalı xəbər verir.

"Dağlıq Qarabağ münaqişəsi bir görüşlə həll olunmur, ancaq danışıqlarda irəliləyişlər hiss edilir", - bir müddət əvvəl Azərbaycan və Ermənistan prezidentləri ilə görüşən Gül bildirib.

Gül deyib ki, münaqişənin həlli üçün tərəflər bütün səylərini ortaya qoymalıdır, çünki Qafqazdakı bütün problemlər - Dağlıq Qarabağ münaqişəsi, Türkiyə-Ermənistan problemləri bir-biri ilə bağlıdır.

"Ankara və Yerevan arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı danışıqlar davam edir", - Türkiyə Prezidenti deyib.

Aİ-nin cümə axşamı Praqadakı "Şərqi tərəfdaşlıq" sammitinə dəvət olunmuş Azərbaycan və Ermənistan prezidentləri ABŞ səfirliyində görüş keçirib, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Dünənki görüş Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Prezidenti Serj Sarkisyan arasında Dağlıq Qarabağ məsələsi üzrə sayca dördüncü yüksək səviyyəli görüşü olub. Son görüş bu il yanvarın 28-də Sürixdə keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti