Gürcüstan, Tbilisi, 11 may / Trend , müxbir N. Kitsxaliya/ Bu həftə Vyanada ATƏT-in Gürcüstandakı missiyasının gələcəyi həll olunacaq. Bu barədə bazar ertəsi ənənəvi brifinq zamanı Gürcüstan XİN-nin Beynəlxalq təşkilatlar depatamentinin direktoru Serqo Kapanadze deyib.
Onun sözlərinə əsasən, bu barədə məsələni hazırki ATƏT sədri Yunanıstanın Xarici işlər naziri Dora Bokayannis qaldırıb.
Məlum olduğu kimi, Gürcüstandakı ATƏT missiyasının mandatı iyunun 19-da bitir. Mandatın artırılmasının əleyhinə Rusiya çıxır. Moskvada hesab edirlər ki, Cənubi Osetiya müstəqil dövlətdir və bu ərazidə ATƏT missiyası ayrı mandat altında fəaliyyət göstərməlidir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]