...

Vaşinqtonda "Azərbaycan və Qərb: Avrasiya çarpazlarında strateji tərəfdaşlıq" konfransı keçiriləcək

Siyasət Materials 14 May 2009 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /   Trend , müxbir E.Tariverdiyeva / 

Bu gün Vaşinqtonda Ceymstaun Fondunun dəstəyi ilə (THE JAMESTOWN FOUNDATION) "Azərbaycan və Qərb: Avrasiya çarpazlarında strateji tərəfdaşlıq" adlı konfrans keçiriləcək. Xəbəri təşkilatın saytı yayıb.

Konfransda Ceymstaun Fondunun böyük elmi əməkdaşı Vladimir Sokor, Azərbaycan Diplomatiya Akademiyasının dəvətli professoru və Hayfa Universitetinin müəllimi, doktor Brend Şafer və Cohen Group-un vitse-prezidenti Deniel P.Fata iştirak edəcək.  Tədbir zamanı "Strateji tərəfdaşlığın dəstəklənməsi", " Azərbaycan müsəlman dünyasında", "Azərbaycan: təhlükəsizlik sahəsində ABŞ və Avropanın mühüm tərəfdaşı" mövzularında məruzələr təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti