...

Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib

Siyasət Materials 20 May 2009 17:47 (UTC +04:00)

Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə günü Bakıya ikigünlük rəsmi səfərə gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Gürcüstan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov və Azərbaycanın digər rəsmi şəxsləri qarşılayıblar.

Gürcüstan Prezidenti ilə Azərbaycan Baş nazirinin müavini arasında protokol görüşü baş tutub.

Gürcüstanın nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Qriqol Vaşadze, iqtisadi inkişaf naziri Laşa Jvaniya, energetika naziri Aleksandr Xetaquri və digər rəsmi şəxslər daxildir.

Gürcüstan Prezidenti səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Artur Rəsizadə və Milli Məclisin spikeri Oqtay Əsədov ilə görüşüb.

Gürcüstanın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfərdə məqsəd ikitərəfli munasibətlərin dərinləşdirilməsi və geniş spektrlı məsələlərin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti