...

Gürcüstan Rusiyanın Suxumi və Tsxinvali ilə vizasız rejimə keçmək istəyini anneksiya adlandırır

Siyasət Materials 25 May 2009 13:09 (UTC +04:00)

Gürcüstan, Тbilisi, 25 may / Trend , müxbir  N.Kirtsxaliya /

Gürcüstanın ərazi bütövlüyünün bərpası üzrə müvəqqəti parlament komissiyasının sədri Şota Malaşxiya Rusiyanın separatçı regionlarla vizasız rejimə keçmək istəyini "aşkar anneksiya" hesab edir.

"Rusiya Abxaziya və Cənubi Osetiya ilə vizasız rejim tətbiq etmək və ikili vətəndaşlıq haqda razılaşma imzalamaq istəyir", - o bildirib.

Malaşxiyanın sözlərinə görə, üç il əvvəl Rusiya Gürcüstan üçün viza, separatçı regionlar üçün sadələşdirilmiş rejim tətbiq edən zaman Avropa bunu anneksiya adlandırmışdı. "Hazırda isə bu aşkar anneksiyadır", - o bildirib.

"Biz və beynəlxalq ictimaiyyət Rusiyanın beynəlxalq təşkilatlar və beynəlxalq hüquq qarşısında cavab verməsi üçün bütün səylərimizi ortaya qoyacağıq", - deputat bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti