...

Azərbaycanda külli miqdarda pul mənimsəyən Rusiya vətəndaşı tutulub

Siyasət Materials 26 May 2009 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir, K. Zərbalıyeva /

Dələduzluq etdiyi üçün tutulan Rusiya vətəndaşının Azərbaycanda bir neçə nəfərin külli miqdarda pulunu mənimsəməsi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, S.Mustafayevanın ətrafında aparılan əməliyyat zamanı onun 2008-ci il ərzində Bakı şəhər sakini Mahir Əhmədovun, Ağsu rayon sakini Mətləb Əsgərovun və Gədəbəy rayon sakini Fidail Tağıyevin etimadlarını qazanaraq, onlardan müvafiq olaraq 24300 manat, 5000 və 35000 dollar alması müəyyən edilib.

Rusiya vətəndaşı olan Mustafayeva Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 29-da Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olduğuna görə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti