İran parlamentinin 211 nümayəndəsi qarşıdakı prezident seçkilərində Əhmədinejadı dəstəkləyib
İran parlamentinin 247 üzvündən 211 nümayəndə bəyanat yayaraq qarşıdakı prezident seçkilərində Mahmud Əhmədinejadı dəstəklədiyini bildirib. Bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.
"Biz, parlament nümayəndələri ötən 4 il ərzində Mahmud Əhmədinejadın çəkdiyi zəhmətləri və iş təcrübəsini, ədalətli olmasını və ölkənin inkişafına dair çalışmalarını nəzərə alaraq, qarşıdakı prezident seçkilərində onu dəstəkləyirik", -bəyanatda bildirilir.
İranda növbəti prezident seçkiləri iyunun 12-də keçiriləcək. Hazırda dörd namizəd rəqabət aparır: hazırkı prezident Mahmud Əhmədinejad, sabiq Baş nazir Mir Hüseyn Musəvi (Hossein Mousavi), eks-spiker Mehdi Kərrubi və İran İnqilabçıları Korpusunun sabiq rəhbəri Möhsün Rizayi (Mohsen Rezaee).