Gürcüstan, Tbilisi, 27 may / Trend , müxbir N.Kirtsxaliya /
Bu gün radikal müxalifətin bir hissəsi bütün Gürcüstanın Patriarxı İkinci İlya ilə görüşüb. Onların içərisində Levan Qaçeçiladze, Georgi Qaçeçiladze və "Vahid Gürcüstan - Demokratik Hərəkat"ın lideri Nino Burcanadze də olub.
Görüşün sonunda iştirakçılar mətbuata açıqlama verməyib.
Qeyd etmək lazımdır ki, müxalifətin digər liderlərinin, o cümlədən Salome Zurabişvilinin Patriarxla görüşü barədə informasiya verilməyib.
Dünən Gürcüstan Patriarxının, müxalifəti Mixail Saakaşvilinin istefası tələbi ilə keçirdiyi aksiyalardan imtina etməyə çağırmasından sonra Qiya Qaçeçiladze Gürcüstan daxili işlər nazirini gürcü pravoslav kilsəsinin başçısına təzyiq göstərməkdə ittiham edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]