...

Astanada Avroatlantik Tərəfdaşlıq Şurasının təhlükəsizlik forumu keçiriləcək

Siyasət Materials 29 May 2009 12:19 (UTC +04:00)

Qazaxıstan, Astana, 28 may /   Trend , müx. K.Konırova /

Qazaxıstanda bu il 24-25 iyunda NATO və tərəfdaş ölkələrin yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə Avroatlantik Tərəfdaşlıq Şurasının üçüncü təhlükəsizlik forumu olacaq, - regionda NATO-nun koordinasiya səfirliyi funksiyasını yerinə yetirən İngiltərə səfirliyi bildirir.

"NATO-nun baş katibi cənab Yap de Xoop Sxeffer Astana şəhərində keçiriləcək və Qazaxıstan hökuməti tərəfindən qəbul ediləcək forumda sədrlik edəcək", - səfirliyin məlumatında deyilir.

Məlumatda bildirildiyi kimi, cari ildə bölmələr bu mövzulara xüsusi diqqət ayıracaq: Əfqanıstan, Mərkəzi Asiya və Qafqaz (regional təhlükəsizlik perspektivləri), enerji təhlükəsizliyi.

Toplantının işinin bitməsindən sonra baş katibin KİV qarşısında çıxış edəcəyi gözlənilir. Avroatlantik Tərəfdaşlıq Şurasının təhlükəsizlik forumu Astananın istiqlaliyyət sarayında keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti