...

Avropa İttifaqı Cənubi Osetiyada keçirilən seçkiləri tanımır

Siyasət Materials 1 İyun 2009 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir Y.Ostapenko /

Avropa İttifaqı Cənubi Osetiyada keçirilən parlament seçkilərini tanımır, Çexiya sədrliyinin pres-relizində bildirilir.

"Avropa İttifaqı seçkilərin keçirilməsini və onun qanuniliyini tanımır, Avropa İttifaqının bəyanatında bildirilir. Bu cür seçkilərin keçirilməsi qeyri-qanunidir və Gürcüstanda vəziyyətin sülh yolu ilə tənzimlənməsində bir addım geri hesab edilə bilər.

Ötən həftə sonları Cənubi Osetiyanın Rusiya tərəfindən tanınmasından sonra ilk dəfə olaraq, Gürcüstanın tanınmamış Cənubi Osetiya regionunda parlament seçkiləri keçirilib.

Cənubi Osetiyanın parlamentində 34 yer üzrə seçkilərdə 4 siyasi partiya - "Birlik", Kommunist partiyası, Xalq partiyası və "Fıdıbasta" ("Vətən") partiyası iştirak edib.

Səsvermə proporsional sistem üzrə keçirilib. Siyahıda 52436 seçici qeydiyyata alınıb. Şimali Osetiyada 6  və Moskvada isə bir seçki məntəqəsi açılıb.

"Avropa İttifaqı bir daha Gürcüstanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir", - hazırda Aİ-yə rəhbərlik edən Çexiya sədrliyinin bəyanatında deyilir.

Abxaziya və Cənubi Osetiya regionlarının Gürcüstandan ayrılması nəticəsində, Cənubi Osetiya ərazisində ötən ilin avqust ayında hərbi toqquşma baş verib. Separatçı regionlar Rusiya tərəfindən dəstəklənib və nəticədə Rusiya onlarla diplomatik münasibət qurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti