...

İranda növbəti prezident seçkilərində dünyanın 130 ölkəsində yaşayan iranlı vətəndaşlar iştirak edəcək

Siyasət Materials 1 İyun 2009 13:59 (UTC +04:00)

"İranda növbəti prezident seçkilərində dünyanın 130 ölkəsində yaşayan ölkə vətəndaşları iştirak edəcək. Bu məqsədlə Seçki Məcəlləsinin şərtlərinə uyğun olaraq 304 seçki məntəqəsi yaradılıb", - deyə İranın xarici işlər naziri Mənuçöhr Müttəki bildirib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

O əlavə edib ki, seçki məntəqələrindəki komissiyanın tərkibi 9 nəfərdən ibarət olacaq.

"Həmin ölkələrdə yerləşən səfirlik və nümayəndəliklərə 450 min səsvermə bülleteni göndərilib", - deyə Müttəki bildirib.

Xəbər lenti

Xəbər lenti