...

Xalq Mücahidləri Təşkilatının 260 üzvü könüllü olaraq İrana qayıdıb

Siyasət Materials 2 İyun 2009 16:38 (UTC +04:00)

Beynəlxalq Qırmızı Xaç Komitəsi Xalq Mücahidləri Təşkilatının 260 üzvünün könüllü olaraq İrana qayıtdığını bildirib. Bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

"Beynəlxalq Qırmızı Xaç Komitəsi ABŞ-ın İraqa 2003-cü ildə hücumundan sonra 2008-ci ilin aprel ayına qədər Xalq Mücahidləri Təşkilatının 260 üzvünün İrana qayıtmasına kömək edib", -Qırmızı Xaç Komitəsinin mətbuat katibi Deyba Fəxr jurnalistlərə bildirib.

O, əlavə edib ki, biz insanlıq borcumuzu yerinə yetirmiş və onların vəziyyəti ilə "Əl-Əşrəf" qərargahında tanış olmuşuq. "Xalq Mücahidləri üzvlərinin bəziləri könüllü olaraq İrana qayıtmaq istədiklərini bildirib və biz onların İrana qayıtmasına yardımçı olmuşuq",- deyə Fəxr bildirib.

İraq hakimiyyəti 2008-ci il dekabrın 19-dan Əşrəf qərargahında yerləşmiş Xalq Mücahidlərinin ölkədən çıxarılmasını tələb edir. Əşrəf qərargahında 3500 İran əsilli Xalq Mücahidi var. Bu təşkilat İran hakimiyyətinə müxalifdir, onun üzvləri İran-İraq müharibəsində Səddam Hüseyn ordusunun tərkibində İrana qarşı vuruşublar. İran dəfələrlə İraq hökumətindən onları İrana təhvil verməyi tələb edib.

Xəbər lenti

Xəbər lenti