...

GUAM-ın sülhməramlı batalyonunun yaradılması hazırda prioritet məsələ deyil – baş katib

Siyasət Materials 6 İyun 2009 08:35 (UTC +04:00)
GUAM-ın sülhməramlı batalyonunun yaradılması hazırda prioritet məsələ deyil – baş katib

Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir Y.Оstapenko /

"GUAM-ın sülhməramlı batalyonunun yaradılması hazırda təşkilat üçün prioritet deyil", - GUAM-ın baş katibi Valeri Çeçelaşvili deyib.

"Bugünkü mərhələdə sülhməramlı batalyonun yaradılması təşkilatın fəaliyyəti üçün prioritet sayılmır, - cümə günü Trend -a Kiyevdən telefonla Çeçelaşvili bildirib. - Hazırda biz diqqətimizi iqtisadiyyat, ticarət, nəqliyyat, energetika və turizm sahələrində konkret proqramların hazırlanmasına yönəltmişik".

Çeçelaşvili, müvafiq şərait olarsa bu məsələnin gələcəkdə nəzərdən keçirilməsini istisna etməyib.

GUAM, onun sözlərinə görə, nizamnaməsi istənilən növ fəaliyyətlə məşğul olmağa imkan verən universal təşkilatdır.

GUAM-ın sülhməramlı batalyonunun yaradılmasının mümkünlüyü bir neçə ildir müzakirə olunur. Batalyonun BMT Təhlükəsizlik Şurası və ya ATƏT mandatı altında, GUAM-a üzv olan ölkələrdəki münaqişə zonalarında sülhməramlı əməliyyatların həyata keçirilməsi üçün fəaliyyət göstərəcəyi nəzərdən keçirilirdi. GUAM-ın üzvləri Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadır.

2007-ci ilin mayında "Demokratiya və iqtisadi inkişaf naminə təşkilat - GUAM"-ın sülhməramlı bölməsinin yaradılması dayandırılıb. O zaman Moldovanın yaydığı bəyanatda deyilirdi ki, ölkə bu cür danışıqlara hələ hazır deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti