...

Azərbaycan polisi Rusiyadan qaçaqmalçılıq yolu ilə psixatrop maddələr gətirən qadınları saxlayıb

Siyasət Materials 9 İyun 2009 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan polisi Rusiyadan qaçaqmalçılıq yolu ilə psixatrop maddələr gətirən qadınları saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu Ə.Kürçaylı küçəsi, ev 4, mənzil 59-da kirayədə yaşayan Qazax rayon sakini Ülviyyə Əhmədova Bakı şəhər sakini Laləzar Xəlilova ilə əlbir olaraq Rusiya Federasiyasının Mahaçqala şəhərindən qaçaqmalçılıq yolu ilə gətirdikləri psixotrop maddələr olan 6000 həb "Relium", 1550 "Relanium" və 2000 həb "Seduksen" preparatlarını satarkən tutulublar.

Faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti