...

ABŞ-ın yeni Administrasiyası Gürcüstanı dəstəklədiyini təsdiqləyib – parlament sədri

Siyasət Materials 10 İyun 2009 16:33 (UTC +04:00)
ABŞ-ın yeni Administrasiyası Gürcüstanı dəstəklədiyini təsdiqləyib – parlament sədri

Gürcüstan, Tbilisi, 10 iyun / Trend , müxbir N.Kirtsxaliya /

ABŞ-ın yeni Administrasiyası birmənalı olaraq Gürcüstanı dəstəkləyir və bütün vasitələrlə onun təhlükəsziliyinin gücləndirilməsinə kömək edəcək, bu barədə ABŞ dövlət katibinin köməkçisi Filip Qordonla ABŞ səfirinin iqamətgahında keçirilmiş görüşdən sonra Gürcüstan Parlamentinin sədri David Bakradze bəyan edib.

"ABŞ yenidən Gürcüstanın ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsini dəstəklədiyini təsdiqləyib. Bu, Qordonla görüş zamanı məlum oldu", - o bildirib.

Bakradze bildirib ki, ABŞ Rusiyanın işğal olunmuş ərazilərdəki əməliyyatlarından və bugünkü vəziyyəti qanuni şəkilə salmaq cəhdlərindən narahatdır. "Biz ABŞ-ın dəqiq mövqeyə malik olduğu ATƏT və BMT-nin missiyasının Gürcüstanda yerləşdirilməsi və bu missiyaların vahid olması məsələlərini müzakirə etdik", - deyə o qeyd edib.

Bakradzenin sözlərinə əsasən, görüş çərçivəsində, həmçinin müzakirə olunan daxili siyasi proseslərə toxunan Qordon demokratiya dalğası çərçivəsində ölkədə keçirilən islahatları alqışladığını bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti