...

Milli Qurtuluş Günü Azərbaycanın bugünkü inkişafının və yüksəlişinin əsasını qoyub – hakim partiya

Siyasət Materials 13 İyun 2009 14:26 (UTC +04:00)
Milli Qurtuluş Günü Azərbaycanın bugünkü inkişafının və yüksəlişinin əsasını qoyub – hakim partiya

Azərbaycan, Bakı, 13  iyun  / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Milli Qurtuluş Günü ölkəni nəinki faciələrdən xilas edib, həmçinin dövlətin bugünkü inkişafının və yüksəlişinin əsasını qoyub, şənbə günü "Qurtuluşdan başlanan yol" mövzusunda keçirilən konfransda Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katibi Əli Əhmədov bildirib.

"Qurtuluş Günü Azərbaycan tarixində önəmli hadisədir. Qurtuluş məfkurəsi, qurtuluşdan başlayan siyasət bu gün də Azərbaycanın, hər bir vətəndaşın, ailənin həyatındadır. 16 il əvvəl parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətinə çevrildi", - Əhmədov deyib.

Trend -un arayışı:  Hakim Yeni Azərbaycan Partiyası şənbə günü 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Qurtuluşdan başlanan yol" mövzusunda konfrans təşkil edib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. 1997-ci ildən etibarən 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

Əhmədovun sözlərinə görə, Azərbaycanın yüksək dinamika ilə inkişafını yalnız ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət təmin edə bilərdi. "Qurtuluş məfkurəsinin Azərbaycanda mövcudluğu davam etdikcə, dövlət br o qədər inkişaf edib daha böyük nailiyyətlər əldə edəcək", - YAP rəsmisi deyib.  

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti