...

Britaniyalı ekspertlər pilot proqramın həyata keçirilməsində Gürcüstana yardım edəcəklər

Siyasət Materials 15 İyun 2009 13:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Britaniyalı ekspertlərin Gürcüstana dörd günlük səfərinin məqsədi həbs cəzası sistemində pilot proqramın işlənib hazırlanmasında köməklik göstərməkdir. Britaniyalı ekspertlər Con Boinqton və Brayan Doçert  Cəzaların İcra Olunması, Probasiya və Hüquqi Yardım Nazirliyinə bazar ertəsi baş çəkəcəklər.

Nazirlikdən bildirildiyi kimi, cəzaların icra olunması, probasiya və hüquqi yardım naziri Dmitri Şaşkin ilə görüş zamanı onlarla birlikdə hollandiyalı ekspert Rob Xolender və Qırmızı Xaçın nümayəndəsi iştirak edəcək.

Səfər zamanı ekspertlər həbsxanalara baş çəkəcək və onların əməkdaşları ilə görüşəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti