...

Bu gün Musəvi heç bir mitinqdə iştirak etməyəcək

Siyasət Materials 16 İyun 2009 16:27 (UTC +04:00)

Prezidentliyə namizəd Mir Huseyn Musəvi bildirib ki, o, bu gün heç bir aksiyada iştirak etmək niyyyətində deyil. O, öz tərəfdarlarını dinc aksiya keçirmək və mümkün provokasiyalardan qaçmağa çağırıb, - İranın MEHR informasiya agentliyi xəbər verib.

Musəvi əhaliyə dünən keçirdikləri dinc aksiyaya görə təşəkkürünü bildirib və tərəfdarlarından hər hansı aksiya keçirərkən qaydalara qarşı getməməyi xahiş edib.

Bazar ertəsi Tehranda Musəvi və Mehdi Kərrubinin yüz minlərlə tərəfdarı iyunun 12-də baş tutmuş prezident seçkilərinə etiraz əlaməti olaraq icazəsiz etiraz aksiyası keçirib. Verilən xəbərlərdə Tehranda, şəhərin şimal rayonlarında güllə səsləri eşidildiyi deyilir.

Xəbər lenti

Xəbər lenti